Çarltonun adı tribunalardan birinə veriləcək

Paylaş:

Bobbi Çarlton“Mançester Yunayted”in əfsanəvi oyunçusu ser Bobbi Çarltonun komandadakı debütündən 60 il keçməsinin şərəfinə, futbolçunun adı tribunalardan birinə veriləcək. 

1910-cu ildə təməli qoyulan stadionun cənub zonasına futbolçunun adı veriləcəyi bildirilir. Rəsmi saytın verdiyi xəbərə görə bu hadisə Aprel ayının 2-də baş verəcək.

2 aprel 2016-ci il tarixdə “Everton” ilə qarşılaşmadan öncə 75 000 azarkeşin qarşısında tribuna yeni adı ilə açılacaq. Ser Bobbi Çarltonun həyat və futbol aləminin aparıcı simaları da iştirak edəcək.

Old Trafford Stadium, inside

Ser Bobbi Çarlton 1953-cü ildə “Mançester Yunayted”in akademiyasına daxil olub. 1956-cı ildə “qırmızı şeytanlar”ın heyətində debüt edib. Komandanın heyətində 758 oyun keçirib və  komanda üçün rekord sayda 249 qol vurub.

Son zamanlara qədər Çarlton həmçinin İngiltərə yığmasında qol rekordunu əlində saxlayırdı. O, 49 qol vurmuşdu. Onun rekordunu İsveçrə ilə oyunda Ueyn Runi qırdı. Qeyd edək ki, Runi Ser Bobbinin klub rekordunu da qırmağa ən yaxın namizəddir.

Tribunaya futbolçunun adının verilməsi ilə əlaqədar Ed Vurvord bildirib: “Bobbi budur, sadəcə olaraq ingilis futbol tarixinin ən tanınmış siması. Futbolçu, diplomat, centlmen, xeyriyəçi. O, futbol və “Mançester Yunayted” üçün yaxşı olan hər şey edir.

Ser Bobbi Çarlton bildirib: “Bu böyük şərəfdir. Mən çox fəxr edirəm ki, “Mançester Yunayted” ailəsi mənim üçün tribunanı dəyişdirməyə qərara alıb. “Mançester Yunayted” – həyatımdakı çox gözəl xatirələrimin çox böyük və mühüm hissəsi məhz burada, “Arzuların Teatrı”nda baş verib. Futbolçu kimi qollar və birlikdə oynadığım valehedici oyunçular xatırlayıram. Direktor kimi möhtəşəm oyunlar və futbolçular görmüşəm”.

“Mən “Mançester Yunayted” ilə əlaqəsi olan bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Belə ki, bir çox insanlar bizi yuxarıda saxlamaq üçün çalışıblar. Bu çətin işdir. Onların səylərini heç vaxt unutmaq olmaz. Amma ən çox mənə verdikləri dəstək və stimul üçün həyat yoldaşım Normaya və ailəmə təşəkkürümü bildirirəm. Bu onlar üçündür”.


Mənbə: Manutd.com

0 comments